• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1918
— 17.11.2018 16:21

2 saylı İstintaq təcridxanasının əməkdaşları Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə bir araya gəliblər

KepezTV Player

Ədliyyə nazirliyinin Pentensiar xidmətinin 2 saylı İstintaq təcridxanasının əməkdaşları Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə bir araya gəliblər. Tədbirdə 1918-ci ildə təhsis eilən orqanın fəaliyyətinə nəzər salınıb, Ədliyyə Nazirliyinin o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə görülən işlərdən danışılıb. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi isə hələ sovet dönəmində məhz  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də hüquq sistemini formalaşdıran Ədliyyə nazirliyi bu gün ölkədə demokratik hüquqi dövlət quruculuğunda fəaliyyət göstərir. Tədbirdə 2 saylı İstintaq təcridxanasının bir qrup əməkdaşı xidmətdə fərqləndiyi üçün fəxri fərmala təltif olunublar.