• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 28.12.2023 08:48

Güclü külək dəmir yolunun elektrik təchizatında fasiləyə səbəb olub

KepezTV Player

Güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr qatarların hərəkət qrafikindən çıxmasına səbəb olub. "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, əsasən Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarlarla bağlı belə hal yaşanıb. Sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması baxımından bəzi sahələrdə sürət həddinin endirilməsi ilə bağlı maşinistlərə təlimat verilib.