• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1144
— 26.12.2023 18:17

Yeni uşaq bağçası fəaliyyətə başlayıb

KepezTV Player

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Samuxda uşaq bağçasının açılışı olub. Uşaq müəssisəsi rayonun Seyidlər kəndində şəhid ailələri və qazilər üçün tikilmiş 200 mənzilli yaşayış kompleksində istifadəyə verilib. Tədbir iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. 50 yerlik təlim-tərbiyə müəssisəsində oyun və yataq otaqları, mətbəx və qazanxana yaradılıb. Bağçanın akt zalında qonaqlar fidanların hazırladığı Yeni il çıxışlarını izləyiblər. Balacaların təqdim etdiyi müxtəlif musiqili nömlər maraqla qarşılanıb. 

Aişə Rzayeva