• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1156
— 26.12.2023 16:02

Minatəmizləmə fəaliyyəti aparılır

KepezTV Player

Ağdam rayonunun işğaldan azad olunan Maqsudlu kəndi ərazisindən keçən Xaçın su kanalını, Baş Qərvənd, Boyəhmədli kəndlərinin ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Hazırda FHN əməkdaşları Ağdamın Novruzlu və Mərzili kəndlərində minatəmizləmə fəaliyyəti həyata keçirirlər. Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi əməliyyatları təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.