• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1141
— 26.12.2023 14:45

ANAMA əməkdaşı Ağdamda minaya düşüb

KepezTV Player

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina hadisəsi baş verib. ANAMA-dan verilən məlumata görə, Agentliyin əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı qeydə alınıb. Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Müayinə zamanı onda daban və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxş olan Zaur Mahmudov Gəncədəki tibb müəssisəsinə təxliyə olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.