• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 738
— 25.12.2023 16:04

Vaqif Xaçatryanın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

KepezTV Player

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatı və apellyasiya şikayətinin dəlilləri araşdırılıb. İş üzrə məhkəmə baxışı 2024-cü ilin yanvarın 7-nə təyin edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vaqif Xaçartyan 15 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.