• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 25.12.2023 11:52

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

KepezTV Player

Prezident İlham Əliyev 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi, milli prioritetlərdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olduğu vurğulanır. Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğu bildirilir. COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin böyük hörmət və etimadının nəticəsi kimi dəyərləndirilib.

 Prezident Sərəncamlar imzalayıb

Ramil Usubov “Şərəf” ordeni, Məcid Çaybasarski isə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif ediliblər. Müvafiq sərəncamları Prezident İlham Əliyev imzalayıb. 14 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Bakı‒Şamaxı‒Yevlax ‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmirinə 1,4 milyon manat, 2024-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün isə 1 milyon manat ayrılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalanıb.