• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1442
— 24.12.2023 19:38

Azərbaycan Prezidenti İlham Əliyevə təbriklər gəlməkdə davam edir

KepezTV Player

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. "Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək. Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə artan nüfuzu bizim üçün iftixarverici hadisədir.", - deyə Türkiyə Prezidenti qeyd edib. Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına zəng də edib. Əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək, ad günü münasibətilə təbrik edib, fəaliyyətində yeni uğurlar arzulayıb. İkitərəfli dostluq münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Prezident İlham Əliyevə zəng edib. Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlətimizin başçısı ilə telefon zəngi ilə danışan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ona prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Gələn il Qazaxıstan Prezidentinin Azərbaycana həyata keçiriləcək dövlət səfərinin əlaqələrin hərtərəfli inkişafına təkan verəcəyinə əminlik bildirilib.

Belarus Prezidenti Aleksandr Lukaşenko da Prezident İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı dövlət başçıları əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi də aparıblar. 

Vüsalə Cənnətova