İşğaldan azad edilən ərazilərə fərdi maşınlarla səfər etməyə icazə verilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə açıqlamasında bildirilib. Sakinlər dekabrın 27-dən Şuşaya və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilləri ilə də səfər edə biləcəklər. Eyni zamanda xarici vətəndaşların da işğaldan azad edilən ərazilərə turist səfərlərinə icazə verilib. Vətəndaşların təhlükəsizliyi istiqamətində zəruri tədbirlər görülüb.
Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmmə Muradov : Turist istəsə Şuşa şəhərində bir gün qala bilər, istəsə iki gün qala bilər.Bu onun öz seçimidir.Suqovuşana isə səfərlər bir gün ərzində baş tutacaq, yəni insanlar gün ərzində suqovuşan qəsəbəsində suqovuşan parkı ilə tanış olacaq. Orada vaxt keçiriəcəklər. Və həmin gün ərzində geri dönüş edəcəklər. Səfərə icazə alan şəxs səfərin təhlükəsizliyi ilə tanış olur,səfərin təşkili ilə bağlı tanış olur.sərhəd məntəqəsini keçərkən DYP tərəfindən məlumatlandırılır, həmçinin istiqamətlər verilir. Daha sonra hərəkət zamanı son məntəqəyədək hərəkətlərini durdurmalı deyillər. Bu əsas tələblərdəndir.
- Baxış: 127