Şəmkir rayonunun Təzəkənd kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxurların daşınması aşkarlanıb. Fakt Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən təbiəti mühafizə və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirilən tədbirlər nəticəsində üzə çıxıb. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Baxış: 152