• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1685
— 22.12.2023 11:27

QAİ Avropa İttifaqının Azərbaycanla bağlı son açıqlamasını qınayıb

KepezTV Player

Qərbi Azərbaycan İcması Avropa İttifaqının Azərbaycanla bağlı son açıqlamasını qınayıb. "Yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiya olunmasına göz yuman, Qərbi Azərbaycan İcmasının müxtəlif müraciətlərini qulaqardına vuran Avropa İttifaqının Azərbaycanda bir neçə fərdlə bağlı dırnaqarası “narahatlığı”nı ifadə etməsi qərəzin, ikili standartların təzahürüdür. Avropa İttifaqı Fransadan, Niderlanddan tutmuş Litvaya qədər islamofobiya, etnik azlıqların sıxışdırılması və digər fundamental problemlərlə məşğul olmalı, Ermənistanda hərbi baza qurmaqdansa, ondan Qərbi azərbaycanlıların qayıdışına imkan verməyi tələb etməlidir.", - deyə icmanın bəyanatında vurğulanıb.