Gəncə Şəhər İcra Hakimiyyəti məişət tullantılarının idarə edilməsi və küçələrin işıqlandırılması layihələrinin icrasına dair əməkdaşlıq müqaviləsi imzalayıb. Bərk məişət tullantılarının idarə edilməsi işlərini Türkiyədən, küçələrin işıqlandırılması layihəsini isə Böyük Britaniyadan olan şirkətlər icra edəcəklər. "Yaşıl şəhərlər" proqramı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının kredit vəsaiti hesabına görüləcək işlər zamanı ekoloji problemlər, iqlim dəyişikliyi riskləri və ümumilikdə Gəncə şəhərinə məxsus digər xüsusiyyətlər diqqətdə saxlanılacaq. Gəncədə bərk məişət tullantılarının idarə edilməsi infrastrukturunun təkmilləşdirilməsi məqsədilə bir sıra işlər görüləcək. Tullantıların toplanması və digər şəhər xidmətləri üçün nəqliyyat vasitələrinin, avadanlıqların, o cümlədən tullantı konteynerlərinin alınması, tullantıların atılma məntəqəsi və dayanacağın yenilənməsi nəzərdə tutulub. 275 küçəni əhatə edəcək işıqlandırma layihəsi 21 min ədəd led lampalı dirəklərin basdırılmasını, küçə işiqlandırılmasının idarəetmə sisteminin yaradılmasını özündə ehtiva edir.
Evren Akyol- Türkiyə şirkətinin içraçı direktoru: “Gəncə şəhərində məişət tullantılarının toplanılması sistemini təkmilləşdirəcəyik. Burada ağıllı məişət tullantıları toplama sistemi yaradacağıq. Əlavə olaraq məişət tullantılarını toplamaq üçün nəqliyyat vasitələri alınacaq. Eyni zamanda tullantıların yenidən emalı təsisinin reabilitasiyası olacaq. Yeni avadanlıqlar alınacaq. Gəncədə məişət tullantılarının toplanması sistemini müasir səviyyəyə gətirəcəyik”.
Ramin Paşayev
- Baxış: 184