KepezTV Player
Qarabağ və Şərqi Zəngəzur gələcəkdə ölkənin əsas turizm zonasına çevriləcək. Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, azad olunan ərazilər sağlamlıq turizminin, ekoturizmin inkişafında böyük potensiala malikdir. Sağlamlıq turizmi turizm sektorunun ən sürətlə inkişaf edən formalarından biridir. Hazırda azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərində turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. Nazir bildirib ki, təbii ehtiyatlar, iqlim şəraiti, tarixi irs bu ərazilərdə sağlamlıq turizminin inkişafı üçün unikal imkanlar yaradır. Bölgənin turizm potensialı gələcəkdə ölkə iqtisadiyyatının inkişafına da öz töhfələrini verəcək.
- Baxış: 161