Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan mübadilə proqramı çərçivəsində tədbir keçirilib. Tədbirdə Türkiyə və Azərbaycan ali Təhsil qurumlarından əməkdaşlar, orta məktəblərin təmsilçiləri iştirak ediblər. "eTwinning" layihəsi çərçivəsində reallaşan tədbirin müəllimlərin İKT imkanlarını artırması və tədris prosesində bunun tədbiqi imkanlarından danışılıb. Regionlarda müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirmək, müxtəlif təlim və müzakirələrin təşkilinin vacibliyi vurğulanıb. Bundan irəli gələrək birgə layihələrin və mübadilə imkanlarının artırılmasının təhsilə verəcəyi töhfələrdən danışılıb. Başqa ölkələrin təcrübələrinin təlim prosesində yeni yolların kəşfinə və təlim metodlarının zənginləşməsinə töhfəsi qabardılıb. Tədbir çərçivəsində məktəblilər tərəfindən hazırlanan əl işlərindən ibarət sərgi ilə tanış olublar, onların çıxışlarını dinləyiblər. Şagirdlər Türkiyə-Azərbaycan dostluğunu xarakterizə edən kompozisiyalarla çıxış ediblər.
Aişə Rzayeva
- Baxış: 185