Cari il dekabrın 15-dək vəfat etmiş şəxslərin adları seçici siyahılarından çıxarılıb. Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə ədliyyə nazirinin müavini Toğrul Musayev bildirib ki, səsvermə gününədək 18 yaşı tamam olan şəxslərin də siyahısı hazırlanıb. Baş prokurorun birinci müavini Elçin Məmmədov seçki qanunvericiliyinin tələblərinin pozulmasına yol vermiş şəxslərin Baş Prokurorluq tərəfindən məsuliyyətə cəlb ediləcəklərini diqqətə çatdırıb. Fevralın 7-də seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək. Daxili işlər nazirinin müavini İsmət Əliyev ölkədə ictimai asayişin təmin edilməsi istiqamətində lazımi tədbirlərin həyata keçirildiyini vurğulayıb.
- Baxış: 169