KepezTV Player
Prezident İlham Əliyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı qəbul edib. Cevdet Yılmaz işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin Türkiyədə böyük sevinclə qarşılandığını vurğulayıb. Bu xüsusda ermənilər tərəfindən basdırılmış minaların hələ də böyük təhlükə törətdiyi və yenidənqurma işlərinə mane olduğu bildirilib. Cevdet Yılmaz dünyanın yaşıl və rəqəmsal transformasiya dövründə olduğunu nəzərə alaraq, Azərbaycanla Türkiyənin bu sahədə də birgə çalışmasının və əməkdaşlığının vacibliyini qeyd edib.
- Baxış: 132