KepezTV Player
“Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə qardaş Azərbaycanla ölkəmiz arasında güclü infrastruktur əlaqəsi yaranacaq”. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. Nazir Zəngəzur dəhlizinin strateji əhəmiyyətli olduğunu xüsusi vurğulayıb. “Azərbaycanla ölkəmiz arasında güclü infrastruktur əlaqəsinin yaranacağı bu dəhlizlə birbaşa əlaqə təmin ediləcək. Bu dəhliz vasitəsilə həm Azərbaycan, həm türk respublikaları ilə, həm də uzaq Şərqlə birbaşa əlaqə təmin olunacaq”, - deyə Abdulkadir Uraloğlu diqqətə çatdırıb.
- Baxış: 113