KepezTV Player
Dost ölkə və etibarlı tərəfdaşımız olan Serbiya ilə əlaqələrimiz bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu barədə Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçə növbədənkənar parlament seçkilərində “Serbiya dayanmamalıdır” koalisiyasının qələbəsi münasibətilə ünvanladığı təbrik məktubunda bildirilib. "Əminəm ki, Azərbaycan-Serbiya müstəsna münasibətlərinin və strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi yolunda birgə səylərimizi müvəffəqiyyətlə davam etdirəcəyik.", -deyə dövlət başçısı əlavə edib.
- Baxış: 135