• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 681
— 18.12.2023 15:20

Şəmkir dəryaçasında ilan peyda olub?

KepezTV Player

Bu gün sosial şəbəkələrdə yayılan və bəzi xəbər saytlarında paylaşılan görüntülər gündəm olub. Söhbət Şəmkir Su anbarında böyük ilanın müşahidə edilməsindən gedir. Videoda səsi eşidilən şəxs balıqçı olduğunu və dəfələrlə balıq ovlamağa gəldiyini deyir və belə görüntünün ilk dəfə şahidi olduğunu bildirir.

Şəmkir dəryaşasında belə bir su heyvanının olub omaması ilə bağlı mütəxəssis rəyi də öyrəndik. Azərbaycan Dövlət Aqrar Universitetinin Balıq məhsulları istehsalının texnologiyası kafedrasının müdiri Namiq Mustafayev görüntülərlə tanış olduqdan sonra fikirlərini bölüşüb.