• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 679
— 18.12.2023 15:13

"Gəncədə keçiriləcək III MDB ölkələri Oyunları humanitar qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə kömək edəcək"

KepezTV Player

İdman sahəsində qarşılıqlı fəaliyyət humanitar əlaqələrin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir. Bunu Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışında bildirib. “Biz 2025-ci ildə Azərbaycanın ikinci böyük şəhəri Gəncədə keçiriləcək III MDB ölkələri Oyunlarına məhz bu prizmadan baxırıq. Əminəm ki, bu Oyunlar gələcəkdə də MDB çərçivəsində humanitar qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə və inkişafına kömək edəcək”, - deyə baş nazir əlavə edib.