• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 18.12.2023 11:42

Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi qeydiyyata alınıb

KepezTV Player

Azərbaycanın 23 abidəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb. Mədəniyyət nazirinin müavini Səadət Yusifova Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsinin dövlət qeydiyyatına alındığını da diqqətə çatdırıb. İşğal dövründə onlar məqsədli şəkildə dağılmaya, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən silinib. 2020-2022-ci illərdə 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin monitorinqi aparılıb.