Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer- bilik, zəka mənbəyidir deyib, Ümummilli liderimiz Heydər Əliyev. Gəlin, biz də bu sakitlikdən yararlanıb kitabxananın tarixinə, bu gününə səyahət edək.
Kitab müxtəlif insanların düşüncələrini vəhdət halında birləşdirən və onların arasında sıx ünsiyyət yaradan mənəvi körpüdür. Cəmiyyətdə fərdin şəxsiyyətə çevrilməsində kitab və kitabxanaların rolu böyükdür. Bəşəriyyətin yaratmış olduğu fikir və ideyaları, nəzəriyyələri, elmi kəşfləri uzun bir müddət üçün insanlara çatdıran əsas vasitədir. Cəmiyyətimizdə elmə, informasiyaya, mədəniyyətə, təhsilə və tərbiyəyə xidmət etdiyi üçün kitabxanaları sosial institut da adlandırırlar.
Şücaət Məmmədova- Gəncə Maarif evinin könüllüsü: “Öncəliklə, kitab oxuyarkən onlarla səliqəli davranmaq lazımdır. Yazmamaq, cırmamaq, onlara zərər verməmək lazımdır. Kitabxanada kitab oxuyarkən səssizliyə riayət etmək lazımdır”.
Kitabxanaya daxil olmamışdan öncə mobil telefon səssizə almalıdır. Kitabda hər hansı qeydlər, cızıqlar çəkilməməlidir. Kitablar əlifba sırası ilə düzüldüyü üçün götürdüyümüz kitabı səliqəli şəkildə yerinə qoymalıyıq. Oxucuyla yanaşı kitabxanaçının da özünəxas şəxsi keyfiyyətləri olmalıdır. O,oxu zallarında kataloqlarda sənədlərin necə yerləşdirildiyini yadda saxlamalı, güclü mütailə qabiliyyəti və güclü görmə, düşünmə qabiliyyəti olmalıdır.
İnsanlar onlara vacib olan məlumatları axtarmaq üçün kitabxanalara üz tuturdular. Çünki kitabxana çoxlu kitabın toplandığı və istifadə olunduğu yerdir. Zaman keçdi, dünyaya açılan pəncərə kitablar və onların toplandığı kitabxanalar yarandı.
Leyla Əliyeva
- Baxış: 267