KepezTV Player
Zaqatalanın Mamrux kəndində 2 evdən və mağazadan oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Evlərə və obyektə daxil olan şəxs 8 min manat dəyərində qızıl-zinət əşyaları, 4 min manat pul, 80 min rus rublu, eləcə də ümumi dəyəri 1000 manatdan artıq olan siqaret və telefon danışıq kartlarını oğurlayıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 2001-ci il təvəllüdlü Heydər Paşayev saxlanılıb. Məlum olub ki, H.Paşayev niyyətini həyata keçirdikdən sonra Bakı şəhərinə gedib və özünə kirayə mənzil tutub. Cinayət yolu ilə əldə etdiyi pulların bir hissəsini paytaxtda əyləncə mərkəzlərində, qalanını isə geyim mağazalarında xərcləyib. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 239