• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1841
— 17.12.2023 19:24

Əməliyyat olunan PFL prezidenti və vitse-prezidentinin vəziyyəti stabildir

KepezTV Player

Dünən əməliyyat olunan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və PFL-in vitse-prezidenti Aslan Şahgəldigevin vəziyyəti stabildir. Bakıdakı xəstəxanadan onların reanimasiya şəraitində müalicə olunduqları açıqlanıb. Digər 4 xəstə isə stasionar şəraitdə müalicə alır. Ümumi vəziyyətləri nisbi-stabildir. Dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində 6 nəfər PFL əməkdaşı xəsarət alıb.