• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1378
— 13.12.2023 15:28

Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları təltif edilib

KepezTV Player

 Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam universitetin 100 illiyi münasibətilə imzalanıb. Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə təhsil ocağının bir qrup əməkdaşı Prezidentin fəxri diplomu, 3-cü dərəcəli “Əmək” ordeni və Tərəqqi medalı ilə təltif edilib. Həmçinin bəzi şəxslərə Azərbaycanda təhsilin inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə fəxri adlar, təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə isə Prezidentin fərdi təqaüdü verilib.