• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 20.06.2019 19:29

Gəncədə “Ermənistanın regional təhdidi” mövzusunda beynəlxalq forum keçirilib

KepezTV Player

QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və  Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda Ermənistanın işğalçı siyasətinə diqqət çəkilib. 

Millət vəkillərinin, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçilərinin, siyasətçilərin, tələblərin və içtimayyət nümayəndlərinin qatıldığı beynəlxalq forumda Ermənistanın Azərbaycana qarşı apardığı çirkin və işğalçı siyasəti müzakirə olunub. Ermənistan Cənubi Qafqaz regionu üçün ciddi təhlükə yaratmaqla beynəlxal hüquqa və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur. Bu azmış Qafqazda yaşayan xalqlar arasında düşmənçilik idealogiyası yürüdür.    

Rufiz Qonaqov - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri: “Biz bu gün beynəlxal təşkilatlara müraciət ünvanlayacağıq və bəyənat qəbul edəcəyik  ki, dünyada ikili standartlara son qoyulsun, Ermənistan öz adı ilə yəni işğalçı adı ilə çağrılsın. Ermənistanın baş naziri, hökümət rəhbərləri tez-tez işğal olunmuş Azərbaycan ərazilərinə səfər edirlər və bu bir daha onu göstəriri ki, onların törətdikləri cinayətlər bir başa Ermənistanın havadarlığı ilə həyata keçirilir. Bundan başqa hansı faktlar lazımdır dünya içtimayyətinə”

Çıxışlarda bu kimi beynəlxalq forumların ölkədə və xaricdə keçirilməsinin əhəmiyyətinə toxunulub. Azərbaycanını ərazi bütövlüyünün bütün dünya dövlətləri tərəfindən tanınmasına baxmayaraq mənfur qonşularımız çirkin niyyətlərindən əl çəkməməsinə diqqət çəkilib. Forumda beynəlxalq təşkilatları çağırış edilərək bu məsəslədə həssas, qərəzsiz və ədalətli olmaq tələb edilib, bəzi beynəlxalq qurumların ikili standartlarına etiraz nümayiş etdirilib. Beynəlxalq forum fikir mübadiləsi, dialoq və müzakirlərlə davam edib.  

 

Xaliq Qurbanlı