• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 861
— 12.12.2023 13:35

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

KepezTV Player

Prezident İlham Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Dövlət başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub.

Prezident İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib.

 Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar.