Bir arı ailəsində iki, üç və daha çox ana arının bir yerdə olması artıq mümkündür. Goranboy rayonunda olan arıçının bu yeniliyi əldə ediləcək balın miqdarını artıra bilər. Necə? Arıçılar ekrana yaxın otursun, Sujetdən öyrənək.
Asif Kərimov Goranboy Rayon Arıçılar Birliyinin sədri: “Bal ağız boşluğuna girdikdən belə insana xeyir verməyə başlayır. Damaq, diş, boğaz xəstəlikləri eləcədə mədəyə gedib çıxana kimi bir sıra xəstəliklərə xeyir verir. Bal mədəyə çatana kimi qana da keçə bilir. Balın tərkibi təxminən qanın tərkibi ilə oxşardı. Qan azlığı olan uşaqlara, adamlara bal çox vacibdir”.
Daha çox və keyfiyyətli bal əldə etmək istəyi uzun illərdir arıçılıqla məşğul olan Asif Kərimov yeni bir sistem yaratmasına səbəb olub.
Asif Kərimov Goranboy Rayon Arıçılar Birliyinin sədri: “Analar bir biri ilə qarşılaşanda bir-birilərini öldürürlər. Ancaq ara keçməzlərin hesabına iki, üç ana yaşaya bilir. Beləliklə böyük ailəli arı yarada bilirik. Arılar bir-birilərinin iyində olduqları üçün heç nə etmirlər. Bir analı arı ailəsi çox nəticə verə bilmir. İki, üç analı arı ailəsi daha çox qoşuna malik olduğuna görə çox məhsul yığa bilir. Hazırda 10 kq ətrafında bal toplaya biliriksə o ana arıları olan ailədə 50 kq balı keçə bilirik”.
Adətən 7 il yaşayan ana arıları Asif Kərimov iki-üç yaşlı olarkən ailəyə cəlb edir.
Asif Kərimov Goranboy Rayon Arıçılar Birliyinin sədri: “Gənc arıçılar qoy maraqlansın, bu sistemə qoy keçsinlər. Çox gözəl nəticə verəcəklər. Bu yaxınlarda BMT-nin nümayəndəsi gəldi. Burada bu iki, üç analı arılara baxdı. Çox təcübləndi və xoş təsuratla sevindi ki, bizdə də Azərbaycanda belə arılar var, belə arılar yetişdirə bilirik”.
200-ə yaxın arısı olan arıçı ötən il 20 arı ailəsini bu cür yaratdığ yeniliklə saxlayıb və yüksək məhsul ala bilib. Bu il arıçı yeni yaratdığı sistemi ilə arı ailəsinin sayını artırmaq fikrindədir.
Elnur Vahidoğlu
- Baxış: 1706