Prezident İlham Əliyevin “Euronews” televiziya kanalına müsahibəsində və dekabrın 7-də “Qarabağ: 30 ildən sonra evə dönüş” Forumunda çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna ifadə etdiyi dəstəyi alqışlayırıq. Bu barədə Qərbi Azərbaycanİcmasının bəyanatında qeyd edilib. "Birgəyaşayış və etnik müxtəlifliyə əsaslanan sülhün alternativi yoxdur. Son günlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılmış müsbət addımları alqışlayırıq.Ermənistanı bu müsbət dinamikanı lazımınca dəyərləndirərək, Qərbi azərbaycanlılarla dialoq və barışıq yolunda etimad quruculuğu addımları atmağa çağırırıq.", - deyə bəyanatda vurğulanıb.
- Baxış: 186