• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 08.12.2023 11:43

Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı dəstəkləyib

KepezTV Player

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını alqışlayaraq “əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını” dəstəkləyib. Bu barədə ölkənin xarici siyasət idarəsinin bəyanatında bildirilib.
"Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması üçün ən mühüm hadisələrdən birini təşkil edəcək sülh razılaşmasının ən qısa zamanda imzalanmasını diləyirik”, – bəyanatda qeyd olunub.