• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2134
— 07.12.2023 16:16

“Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib

KepezTV Player

Naftalan Şəhər İcra Hakimiyyətinin və YAP Naftalan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün tarixi xidmətləri əvəzsizdir” mövzusunda tədbir keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlərin Memorial Xatirə Komlpleksi ziyarət edilib, önlərinə gül dəstələri düzülüb. Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçirilib. Tədbirdə çıxış edən natiqlər xalqımız üçün müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin zəngin və çoxşaxəli irsindən danışıblar. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarının Vətən və xalq qarşısında misilsiz xidmətləri diqqətə çatdırılıb. Vurğulanıb ki, bu gün də Ümummilli Liderin ideyaları əsasında Prezident İlham Əliyev tərəfindən ölkəmizin inkişafı uğurla davam etdirilir. Sonda Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə bir qrup partiya üzvünə Fəxri Fərmanlar verilib, YAP sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqələri təqdim edilib. Həmçinin şəhər İcra Hakimiyyəti tərəfindən Ulu Öndərin 100 illiyi ilə bağlı dahi şəxsiyyətin şəkli həkk olunmuş xatirə hədiyyəsi Heydər Əliyev irsini fəal təbliğ edən ziyalılara hədiyyə edilib.