• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2124
— 07.12.2023 16:03

25 ailədən ibarət növbəti köç Füzuli şəhərinə çatıb

KepezTV Player

Bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 333 ailə, yəni 1186 nəfərin daimi məskunlaşması təmin edilib.