• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 742
— 06.12.2023 15:03

Qərbi Azərbaycan İcması ABŞ-dən Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi tələb edib

KepezTV Player

Qərbi Azərbaycan İcması ABŞ-dən Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi və bölgədə sülhün bərqərar olunmasına maneə olmamağı tələb edir. İcmanın bəyanatında vurğulanıb ki, Birləşmiş Ştatlarının Beynəlxalq Dini Azadlıq Komissiyası dini azadlıqlara dair hesabatının Azərbaycanla bağlı hissəsində qərəz və Azərbaycanofobiyaya yer verib. "Qərbi Azərbaycan İcması ABŞ-dən Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi və bölgədə sülhün bərqərar olunmasına maneə olmamağı tələb edir. ABŞ insan hüquqları və dini irs məsələsində səmimidirsə, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməli və Ermənistanda dağıdılan Azərbaycan dini və mədəni irsinin bərpasına dəstək verməlidir", - deyə bəyanatda qeyd edilib.