KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb. “Azərbaycan və İran hökumətləri arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində işlərin sürətləndirilməsinin əhəmiyyəti qeyd olunub. Ceyhun Bayramov tərəfindən bölgədə Ermənistanın silahlandırılması səylərinin sülh və sabitliyə təhdid olduğu da vurğulanıb.
- Baxış: 163