• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 04.12.2023 16:45

Yoqa təlimləri keçirilib

KepezTV Player

Gəncədə bütün yaş qruplarından olan iştirakçılar üçün yoqa ustadlarının iştirakı ilə təlim keçirilib. Müxtəlif hərəkətlər nümayiş etdirilib və yoqanın faydaları barədə məlumat verilib. Keçirilən təlimdə sağlam həyat tərzi, gözəllik, düzgün qidalanma və şəxsi inkişaf mövzularında müzakirələr də aparılıb. Baş tutan təlimin əsas məqsədi psixoloji, fizioloji sağlamlıq, təbiətlə harmoniya yarada bilmək, bundan əlavə, insanlarla pozitiv ünsiyyət qurmaq, stress atmaq kimi amillər olub.

Orxan İsgəndərli- meditasiya təlimçisi: “Gəncədə də istədik, artıq meditasiya dərslərinə başlayaq. Bir dəfə keçirmişik burada, artıq istəyirik bunu silsilə halına gətirək və hər həftə meditasiya dərsləri keçirək. Yoqa, meditasiya onun üçündür ki, insanların sinir sistemi qaydasına düşsün, yoqa hərəkətləri ilə insanların hormonal sistemləri qaydasına düşür və insan artıq işdən evə getdikdə və ya gün ərzində oyanıb bu məşğələləri edəndə artıq günü daha faydalı keçir və özünü yaxşı hiss edir”.

Pərvin Abbaszadə