KepezTV Player
Dünən Bakıda qızılcadan ölən 2 yaşlı uşağın peyvənd olunmadığı məlum olub. TƏBİB-dən bildirilib ki, Qaradağ rayonunun Qobustan qəsəbəsindən təcili yardım ambulansı vasitəsilə təxliyə olunan oğlan uşağı 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına qəbul olunub. Xəstə süni tənəffüs aparatına qoşulub.Aparılan bütün intensiv terapiya və reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ürək tənəffüs fəaliyyəti bərpa olunmayıb və bioloji ölüm baş verib. Xəstənin qızılcaya görə peyvənd olunmadığı məlum olub.
- Baxış: 145