KepezTV Player
Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlanıb. Bu barədə TƏBİB-dən Trend-ə məlumat verilib. Şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində qızılca diaqnozu qoyulan və digər ağırlaşmalarla müşahidə olunan 4 nəfərin müalicəsi davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri orta-ağırdır. Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb: Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i yaşlı insanlar arasında olub.
- Baxış: 151