Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı “etnik təmizləmə”də, qeyri-konstruktivlikdə ittiham edən açıqlamalarla çıxış edib. 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, azərbaycanlıların Ermənistana qayıdış hüququnu belə inkar edən bir ölkənin rəsmisinin belə açıqlaması siyasi əxlaqsızlıqdır. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib. "Ermənistanın son vaxtlar ortaya atdığı “Sülh kəsişməsi” təşəbbüsünə gəldikdə isə, ilk öncə qeyd etmək istərdik ki, layihədə nəzərdə tutulan kommunikasiyaların əksəri vaxtilə bizim yaşadığımız, sonradan deportasiya edildiyimiz ərazilərdən keçir. Ermənistanın bu layihəni reallaşdırmaq üçün heç bir imkanı yoxdur. Bu ölkə hələ də utopiya ilə məşğuldur.", - deyə bəyanatda qeyd edilib.
- Baxış: 152