Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir. Bunu xarici işlər naziri Ceyhun Bayramov Skopye şəhərində keçirilən Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransının xüsusi sessiyasında deyib. Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin perspektivləri, habelə regional vəziyyət barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb. Ermənistanın ölkəmizə qarşı törətdiyi mina təhdidləri xüsusi vurğulanıb. Anti-terror tədbirlərindən sonra ölkəmizə qarşı qərəzli və təxribatçı ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə ziddiyyət təşkil etdiyi və ölkəmizə qarşı iddiaların əsassızlığının sübut olunduğu xatırlanıb.
- Baxış: 150