KepezTV Player
Bakının Binəqədi rayonunun Mir Cəlal küçəsi 145 ünvanında yanğın olub. Daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub.
- Baxış: 219