• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1655
— 29.11.2023 11:44

Qərbi Azərbaycan İcması bəyanat yayıb

KepezTV Player

Ermənistanın Xarici İşlər Nazirliyi bir daha mədəni abidələrin qorunması məsələsi ilə spekulyasiya etməyə çalışıb. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. "Bizdə olan məlumata görə, UNESCO bizim müraciətimiz ilə bağlı Ermənistan hökumətinə müvafiq kommunikasiya göndərib. Ermənistanın missiyanı qəbul etməməsi, mədəni irsin qorunması üzrə İcma ilə dialoqdan imtina etməsi və İrəvan şəhərində Təpəbaşı məhəlləsi daxil olmaqla Azərbaycan mədəni irsini nümayişkaranə şəkildə dağıtmaqda davam etməsi Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il tarixli qərarının kobud şəkildə pozulmasıdır. Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən  Azərbaycan mədəni abidələrini bərpa etməyi tələb edir. Bərpa zamanı İcmanın bu prosesdə yaxından iştirakı zəruridir." - deyə, bəyanatda qeyd edilib.