• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1018
— 23.06.2017 15:18

Gəncədə bayram günlərində yaşana biləcək nəqliyyat sıxlığını aradan qaldırmaq üçün tədbirlər görüləcək

KepezTV Player

Ramazan bayramı günlərində Gəncədən ölkədaxili və xarici səfərlərə sərnişinlərin rahat gedib gəlməsi üçün dəmiryol vağzalı, avtovağzal və hava limanı gücləndirilən iş rejimində fəaliyyət göstərəcək. Mövcud reyslər üzrə sərnişin sıxlığı yaşanarsa xətlərə əlavə nəqliyyat vasitələri buraxılacaq.

Qeyri-iş günlərində yaşanacaq sərnişin sıxlığı ilə əlaqədar Gəncə Dəmiryol vağzalının iş qrafikində dəyişiklik edilib. Əhalinin vaxtında mənzil başına çatması üçün qatarlarda ehtiyat tədbirləri görülüb.

Zahid Xəlilov- Gəncə Dəmiryol Vağzalının xəzinədarı: “Respublikada Azərbaycan Dəmir Yolları QSC gücləndirilmiş iş rejiminə keçib. Bütün qatarlara  əlavə vaqonlar qoşulub.  Hələlik sıxlıq müşahidə olunmur, bütün qatarlara yerlərimiz var”.

Mayıl İbrahimov- sərnişin: “Bakı şəhərinə bilet almaq üçün gəlmişəm, burada çox rahatçılıqdır. Sərbəst bilet alırıq, heç bir narahatçılıq yoxdur”.

Sərnişinlərin daha çox üz tutduğu avtovağzalda vəziyyət nisbətən fərqlidir. Qismən yaşanan sıxlıq avtovağzalın fəaliyyətinə təsir etməyib və kassalardan əsasən Bakı istiqamətində biletlər alınır.   

Akif Ələkbərov- dispetçer: “Bayram günləri ilə əlaqədar olaraq həmişəki kimi sıxlıq müşahidə olunur, lazım olarsa xətlərə əlavə avtobuslar buraxılacaq”.

Gəncə aeroportu isə gündəlik qrafik üzrə fəaliyyətini davam etdirir. Beynəlxalq Hava Limanından icra edilən daxili və beynəlxalq reyslərdə sərnişin sıxlığı müşahidə olunmur. 

Elton Cabbarlı