• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2282
— 25.11.2023 13:13

İrandan Azərbaycana qaçaqmal siqaret, pomidor toxumu və xalçanın gətirilməsinin qarşısı alınıb

KepezTV Player

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi bölmələrinin birgə fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb. Bəndovan burnu istiqamətində keçirilən tədbirlər nəticəsində sahil xəttində aşkar olunmuş qutulara baxış zamanı ümumilikdə 23 998 ədəd müxtəlif adda siqaret, 80 ədəd dəmir bankada konservləşdirilmiş pomidor toxumu və 1 ədəd xalça aşkar edilərək götürülüb. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.