• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 743
— 25.11.2023 12:12

Bakı Bəyannaməsi və Orta Dəhlizlə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib

KepezTV Player

Ötən gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşü keçirilib. Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib. İqtisadi əməkdaşlıq, rəqəmsallaşma və tranzit marşrutlarının yaşıl transformasiyası, energetika birləşmələri və sair sahələrdə əməkdaşlıq vurğulanıb. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaratdığını qeyd edib. Bu gün dünyanın müxtəlif bölgələrində münaqişələrin geniş vüsət aldığını, SPECA-ya üzv ölkələrdə isə sülh, sabitliyin hökm sürdüyünü, inkişaf, quruculuq proseslərinin uğurla getdiyini diqqətə çatdıran dövlətimizin başçısı SPECA Etimad Fondunun təsis olunmasını təqdirəlayiq addım kimi qiymətləndirib. 

İlham Əliyev- Azərbaycan Prezidenti: "Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir.Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır".