KepezTV Player
İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunun Kəngərli kəndində tikinti işləri sürətlə davam etdirilir. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün kənddə 290 fərdi ev inşa olunacaq. Sonrakı mərhələdə qeyri-yaşayış binalarının tikintisi həyata keçiriləcək, ən sonda kənddaxili yolların və kommunikasiya şəbəkəsinin inşasına başlanılacaq. İşlərin 2024-cü ilin sonunadək yekunlaşması planlaşdırılır. Kəngərli kəndinin öz sakinlərini 2025-ci ilin əvvəllərində qəbul edəcəyi nəzərdə tutulur.
- Baxış: 165