• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 23.11.2023 16:09

Dövlət sərhədini pozan şəxs saxlanılıb

KepezTV Player

Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Şirvanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətinə keçmək istəyən Bakı şəhər sakini 2005-ci il təvəllüdlü Vəlizadə Nəriman Emin oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.