Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilib. Şəhər Mərkəzi Xəstəxanasında reallaşan aksiyanın keçirilməsi ehtiyat qan bankının zənginləşdirilməsinə, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara yardım məqsədi daşımaqla yanaşı, böyük xeyirxahlıq ifadəsidir. Mərkəzi Qan Bankının ixtisaslaşdırılmış tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra, qan analizi götürülüb və aksiyaya qoşulmaları ilə bağlı rəy verilib. Şəhər rəhbərliyi, idarə, müəssisə, təşkilatların əməkdaşları, yerli sakinlər donor olaraq qan veriblər. Ümumilikdə 124 nəfərin iştirak etdiyi aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Orxan Cəfərzadə
- Baxış: 189