• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2023
— 22.11.2023 09:20

"Regionda olmayan dövlətlər Cənubi Qafqazı geosiyasi qarşıdurma obyektinə çevirmək istəyir"

"Regionda olmayan bəzi dövlətlərin Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma obyektinə çevirmək, o cümlədən Ermənistanı silahlandırmaq və onun nifrət təbliğatını təşviq cəhdləri sülhə, barışığa və hərtərəfli inkişafa xidmət etmir". Bunu Azərbaycanın BMT yaninda daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasınınaçıq müzakirəsində çıxışı zamanı deyib. Səfir vurğulayıb ki, 30 ildən çox işğal müddətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş ağır cinayətləri mühakimə etməkdən yayınan qüvvələr bu gün də 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə biganə yanaşır.