"Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının əhatə etdiyi ölkələrlə ticarət dövriyyəmiz 2021-ci illə müqayisədə 2022-ci ildə 3,6 dəfə artıb". İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi" mövzusunda iqtisadi forumda belə deyib. Nazir qeyd edib ki, ölkəmiz transsərhəd əməkdaşlığa diqqət yetirir. Mikayıl Cabbarov Azərbaycan ilə Qırğızıstan arasında turizm sahəsində əməkdaşlıq əlaqələrindən də danışıb. Bildirib ki, Azərbaycanın İssık-Kul gölünün sahilində beşulduzlu hotelin tikintisini planlaşdırır. Həmçinin qeyd edib ki, Azərbaycan Qırğızıstanla İnvestisiya Fondu yaradıb.
Mikayıl Cabbarov- iqtisadiyyat naziri: "Qırğızıstan regionumuzda xüsusi rol oynayır. Ticarətin artımı üçün səmərəli fəaliyyət göstərir və əlaqələrimiz genişlənir. Bu il biz birgə İnvestisiya Fondu da yaratmışıq. İnvestisiya Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Fond fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlər və borclar verəcək, kapitalda iştirak edəcək və digər maliyyə alətlərindən istifadə etməklə prioritet layihələrə investisiya qoyacaq".
- Baxış: 181