KepezTV Player
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Qazax və Daşkəsən rayonları ərazisində qanunsuz qum-çınqıl hasilatı aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb. Baş Prokurorluqdan verilən xəbərə görə, araşdırma zamanı təbiətə 523 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Fakta görə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
- Baxış: 244